Azərbaycan Moldovaya at əti ixrac edəcək

Azərbaycan Moldovaya at əti ixrac edəcək
# 05 dekabr 2016 11:17 (UTC +04:00)

2017-ci ildə Azərbaycandan Moldovaya at əti ixrac edilməsi nəzərdə tutulub. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə bir neçə regionda, o cümlədən Gəncə regionunda at kəsimi sexlərinin təşkil olunması planlaşdırılır.

Bildirilib ki, həmin at kəsimi sexləri soyuducu anbar və refrijeratorlarla təchiz edilməlidir: “Eləcə də sexlərdə baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərməlidir. At kəsimi sexlərində yalnız çıxdaş və damazlığa yaramayan atların baytar həkiminin nəzarəti altında ayrıca kəsilməsi, soyulması və ətin tədarük olunması və soyuducu kameralara yığılaraq Moldovaya göndərilməsi nəzərdə tutulur”.

DBNX-dan o da bildirilib ki, at kəsimi sexlərində atlar baytar həkiminin nəzarəti altında kəsiləcək, baytarlıq-sanitariya ekspertizasından keçiriləcək və yalnız bundan sonra Moldovanın müvafiq şirkətləri vasitəsi ilə Moldovaya ixrac olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR