Misirdə iki sərnişin qatarı toqquşub

Misirdə iki sərnişin qatarı toqquşub
# 06 dekabr 2016 00:05 (UTC +04:00)

Misirin Əl- Buheyra əyalətində iki sərnişin qatarı toqquşub.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində azı iki nəfər xəsarət alıb.

Qəza zamanı iki vaqonun relsdən çıxdığı bildirilir. Hazırda xətt üzrə hərəkət edən qatarların hərəkəti dayandırılıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR