Məşhur Hollivud aktrisası vəfat edib

Məşhur Hollivud aktrisası vəfat edib
# 06 dekabr 2016 04:13 (UTC +04:00)

Hollivudun tanınmış kino aktrisası Marqaret Uitton 66 yaşında dünyasını dəyişib.

APA-nın xəbərinə görə, bu barədə “Daily Mail” məlumat verib.

Marqaret Uitton Palm Biç şəhərində (Florida ştatı), öz evində vəfat edib. Məlumata görə, aktrisa son illər xərçəng xəstəliyi ilə mübarizə aparırmış.

M.Uitton “9 1/2 həftə” (1986) , “Uğurumun sirri” (1987) , “Yüksək liqa” (1989, 1994) kimi populyar filmlərdə, “Mayami polisi” serialında çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR