APA-nın əməkdaşı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən mükafatlandırılıb

APA-nın əməkdaşı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən mükafatlandırılıb
# 06 dekabr 2016 13:06 (UTC +04:00)

APA İnformasiya Agentliyinin Moskva müxbiri Fərid Əkbərov Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycan Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyeva tərəfindən mükafatlandırılıb.

APA-nın əməkdaşı AMOR-un fəaliyyətinin işıqlandırılmasına görə diploma layiq görülüb. Diplom AMOR-un Moskvada keçirilən VII Forumunda təşkilatın sədri Leyla Əliyeva tərəfindən Fərid Əkbərova təqdim edilib.

“Azərtac” dövlət agentliyinin xüsusi müxbiri Fəridə Abdullayeva və Azərbaycan Dövlət Televiziyasının Rusiya bürosunun rəhbəri Zakir Musayev də diploma layiq görülüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR