Boksçu Mişa Aloyan olimpiadada qazandığı gümüş medaldan məhrum edilib

Boksçu Mişa Aloyan olimpiadada qazandığı gümüş medaldan məhrum edilib
# 09 dekabr 2016 02:52 (UTC +04:00)

Rio-2016 Yay Olimpiya Oyunlarında Rusiyanı təmsil etmiş boksçu Mişa Aloyan dopinqə görə qazandığı gümüş medaldan məhrum edilib.

APA-nın “R-Sport”a istinadən verdiyi xəbərə görə, bu barədə İdman Arbitraj Məhkəməsinin (CAS) məlumatında bildirilir.

Məlumata görə, 52 kq çəki dərəcəsində çıxış etmiş idmançıdan avqustun 21-də, yəni yarışların keçirildiyi dövrdə götürülən dopinq test qadağa olunmuş “tuaminogeptan” preparatına müsbət nəticə göstərib. Boksçunun olimpiadada əldə etdiyi bütün nəticələr ləğv ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR