Türkiyə səfiri Yazıçılar Birliyində olub

Türkiyə səfiri Yazıçılar Birliyində olub
# 09 dekabr 2016 13:55 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan Yazıçılar Birliyində olub. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüşdə iki ölkə arasında ədəbi-mədəni əlaqələr, həyata keçirilmiş layihələr və gələcəkdə nəzərdə tutulmuş layihələr haqqında fikir mübadiləsi aparılıb.

Erkan Özoral ədəbi əlaqələrin inkişafında Azərbaycan Yazıçılar Birliyinin rolunu xüsusi qeyd edib. O, bildirib ki, Azərbaycan Yazıçılar Birliyi ilə sıx əməkdaşlıq əlaqələri bundan sonra da davam edəcək.

Xalq yazıçısı Anar Azərbaycanda Türkiyənin Kültür Mərkəzinin açılmasını vacib məsələ kimi dəyərləndirib. Birlik sədri qeyd edib ki, Türkiyədə də Azərbaycan Mədəniyyət Mərkəzinin olmasını iki ölkənin ədəbi-mədəni əlaqələrin inkişafında böyük rol oynayar.

Anar qonaqlara imzalı kitabını hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR