Madonnaya “İlin qadını” mükafatı təqdim edilib

Madonnaya “İlin qadını” mükafatı təqdim edilib
# 10 dekabr 2016 00:44 (UTC +04:00)

ABŞ-ın "Billboard" jurnalı məşhur müğənni Madonnanı “İlin qadını” adına layiq görüb.

APA-nın jurnalın saytına istinadən verdiyi xəbərə görə, bu gün Nyu-Yorkda keçirilən 11-ci “Billboard Women in Music” mərasimində mükafat Madonnaya təqdim edilib.

Məlumata görə, Madonna musiqi sənayesində uzun illər fəaliyyət göstərdiyi üçün bu mükafata layiq görüb. "Billboard" jurnalı 58 yaşlı müğənninin “İlin qadını” seçildiyini oktyabrda bəyan etmişdi.

Qeyd edək ki, ötən illərdə Ledi Qaqa, Beyons, Ferci və Keti Perri kimi məşhur ifaçılar "Billboard" jurnalı tərəfindən "İlin qadını" adına layiq görülmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR