MTRŞ: Analoq yayımının dayandırılması ilə elektrik şəbəkəsinin yükü azalacaq

MTRŞ: Analoq yayımının dayandırılması ilə elektrik şəbəkəsinin yükü azalacaq
# 10 dekabr 2016 10:04 (UTC +04:00)

“Günün sonunda ölkənin 32 bölgəsində analoq TV yayım vericiləri söndürüləcək”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov deyib.

O bildirib ki, Ağsu rayonu ərazisində yerləşən “Gülüstan” Radio Televiziya Yayım Stansiyasında ən güclü analoq TV yayım stansiyaları işləyir: “Onların çoxunun pik gücü 10 kilovatdır. Halbuki Bakı teleqülləsində istismarda olan analoq TV yayım vericilərinin gücü 5 kilovat olub. Bundan başqa, Gəncə şəhərində, Ağstafa rayonunun Poylu Radio Televiziya Yayım Stansiyasında olan analoq TV yayım stansiyaları fəaliyyət göstərir ki, onlar da söndürüləcək”.

İ. Məmmədov qeyd edib ki, rayonlarda analoq yayımının dayandırılması ilə ölkənin elektrik şəbəkəsindən əhəmiyyətli dərəcədə yük azalacaq.

Qeyd edək ki, bu gün Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq TV yayımı dayandırılacaq. Bu gündən dekabrın 10-dan bu rayonlarda rəqəmli TV yayımı həyata keçiriləcək. Regionlarda analoq yayımın dayandırılması 3 mərhələdə həyata keçirilir. Analoq yayımın III mərhələdə - 20 dekabr 2016-cı il tarixdən Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astarada dayandırılması nəzərdə tutulur. Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-də isə Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda analoq TV yayımı dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR