Somalidə törədilən terror aktında 50 nəfər ölüb, 100-dən çoxu yaralanıb

Somalidə törədilən terror aktında 50 nəfər ölüb, 100-dən çoxu yaralanıb
# 11 dekabr 2016 20:10 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişoda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 100-dən çoxu yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Ned Prays bəyan edib.

“ABŞ Somalinin paytaxtı Moqadişo şəhəri yaxınlığında törədilən, 50 nəfərin ölümü, 100-dən çox insanın yaralanması ilə nəticələnən terror aktını qətiyyətlə pisləyir”, deyə N.Prays qeyd edib. Bundan əvvəl Reuters agentliyi 29 nəfərin öldüyünü bildirirdi.

Qeyd edək ki, dekabrın 11-də Moqadişoda minalanmış avtomobil partladılıb. Törədilən terror aktına görə məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR