Gürcüstan Müsəlmanları İttifaqı dini idarənin ləğvini tələb edir

Gürcüstan Müsəlmanları İttifaqı dini idarənin ləğvini tələb edir
# 12 dekabr 2016 14:27 (UTC +04:00)

Gürcüstanın Müsəlmanları İttifaqı ölkənin Dini Məsələlər üzrə Agentliyinin ləğvini tələb edib.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, bu barədə ittifaqın sədri Tariel Nakaidze bildirib. O deyib ki, bu agentlik dini azlıqlar və ümumilikdə ölkənin inkişafının qarşısında duran ciddi maneələrdən biridir: “Bizim daxilimizdə elə fikir var ki, biz müsəlmanlar ikinci dərəcəli vətəndaşlarıq. Dini Məsələlər üzrə Agentlik tərəfindən ciddi problemlər yaradılır. Bu agentlik dövlətlə dini təşkilatlar arasında vasitəçi rolunu oynamalıdır, amma bizə nəzarətçi kimi fəaliyyət göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR