İŞİD Qahirədə kopt kilsəsində törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Qahirədə kopt kilsəsində törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb
# 14 dekabr 2016 00:32 (UTC +04:00)

İŞİD terror qruplaşması Qahirədə kopt kilsəsində törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın “RİA Novosti”yə istinaən verdiyi xəbərə görə, “Abbasiyə” kilsələr kompleksində ötən bazar törədilən partlayış nəticəsində 25 nəfər ölüb, 49 nəfər yaralanıb.

Qeyd edək ki, terror aktı terrorçu-kamikadze tərəfindən törədilib. Gənc terrorçu kilsəyə daxil olaraq, üzərində partladıcı qurğunu işə salıb.

Hazırda terror aktını hazırlamaqda şübhəli bilinən 3 kişi və bir qadın saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR