Azərbaycan Milli Antidopinq Agentliyinin statusu və yaradılacağı müddət müəyyənləşdirilib

Azərbaycan Milli Antidopinq Agentliyinin statusu və yaradılacağı müddət müəyyənləşdirilib
# 14 dekabr 2016 20:21 (UTC +04:00)

Publik hüquqi şəxs Azərbaycan Milli Antidopinq Agentliyi 10 gün ərzində yaradılacaq və dövlət qeydiyyatına alınacaq.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə 14 dekabr 2016-cı il tarixli fərmanında əksini tapıb.

Agentlik Gənclər və İdman Nazirliyi tərəfindən idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə məqsədi ilə yaradılacaq. Fərmana əsasən Gənclər və İdman Nazirliyinə Azərbaycan Milli Antidopinq Agentliyinin müşahidə şurasının tərkibini müəyyən etmək, Terapevtik İstifadəyə İcazə Komitəsinin, İntizam Komitəsinin və Apellyasiya Komitəsinin yaradılmasını təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR