İstiqlal Muzeyində mühacir ədiblərin şəxsi əşyalarının sərgisi keçirilib

İstiqlal Muzeyində mühacir ədiblərin şəxsi əşyalarının sərgisi keçirilib
# 15 dekabr 2016 14:29 (UTC +04:00)

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “21 Azər” hərəkatının süqutundan sonra Azərbaycana mühacirət etmiş Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Hökumə Billuri və s. şair və yazıçıların yubileyləri ilə əlaqədar onların şəxsi əşyalarından ibarət sərgi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgidə "21 Azər" hərəkatının fəalları olan Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Hökumə Billuri və b. şair və yazıçıların, Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz tərəfindən muzeyə təqdim olunan yeni sənədlər və fotolar nümayiş olunub.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz, şair Söhrab Tahirin qızı Nəsibə Tahir, Cənubi Azərbaycan komissiyasının katibi Esmira Fuad çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, 12 Dekabr 1945-ci il Azərbaycan azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılıb. Həmin gün Güney Azərbaycan Milli Hökümətin yaranmasının ildönümüdür. Seyid Cəfər Pişəvərinin başçılığı ilə bu Höküməti Azərbaycan türklərinin apardığı uzun illik milli-azadlıq hərəkatının təbii yekunu kimi də qiymətləndirmək olar. Azərbaycan Milli Höküməti xalqın böyük dəstəyilə Təbriz Dövlət Universitetinin və çoxlu sayda orta məktəblərin açılması, Milli teatrın və milli filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi və s. mühüm işləri həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR