Nazir müavini: “Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı 8 dəfə artıb”

Nazir müavini: “Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı 8 dəfə artıb”
# 16 dekabr 2016 07:29 (UTC +04:00)

“İlkin rəqəmlərə əsasən bu il ölkəyə gələn turistlərin sayında 11 faiz artım olub”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib. O bildirib ki, ümumilikdə ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı 8 dəfə artıb: “Təkcə Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 33 dəfə artıb. Tam statistika üçün hələ 1-2 həftə gözləməliyik. 12 ölkənin vətəndaşlarına hava limanında viza verilməsi təmin edilib. Bunlar Körfəz ölkələri, Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, Malayziya və İndoneziyadır. Lakin "ASAN Viza" ilə dünyanın əsas ölkələrindən gələnlərin sayı artacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR