Son 6 ildə Misirin turizm sektoru 6 milyard dollar itirib

Son 6 ildə Misirin turizm sektoru 6 milyard dollar itirib
# 16 dekabr 2016 08:19 (UTC +04:00)

Terror hücumları və təhlükəsizliklə bağlı problemlərə görə Misirin turizm sektorunun itkiləri son 6 ildə 6 milyard dollar təşkil edib.

APA-nın “lenta.ru”ya istinadən yaydığı məlumata görə, ölkənin hotel infrastrukturu və turizm biznesi təmsilçilərinin fikrincə, xarici turistlərin sayının kəskin azalması dolayı 50-70 milyard dollar itkilərə gətirib çıxarıb.

“Əvvəlki illərlə müqayisədə son illər baş verən terror aktlarının fəsadları çox ağır olub. Bu fəsadlar hazırkı siyasi proseslər üzündən daha da mürəkkəbləşir”, - deyə Misirin turizm palataları federasiyasının sabiq rəhbəri Elhami El-Zayat bildirib.

Misirin Sahibkarlar Assosiasiyasının turizm komitəsinin sədri Əhməd Balbaa isə qeyd edib ki, 2015-ci ildə Rusiya təyyarəsində baş vermiş terror aktından sonra turizm axının 80 faiz azalıb. Onun sözlərinə görə, hakimiyyət orqanları turizm sektorunun müdafiəsi üçün adekvat addımlar ata bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR