Əbülfəs Qarayev: “Gələn ilin birinci yarısına qədər ixtisar aparılması nəzərdə tutulmur”

Əbülfəs Qarayev: “Gələn ilin birinci yarısına qədər ixtisar aparılması nəzərdə tutulmur”
# 16 dekabr 2016 10:30 (UTC +04:00)

“Yeni yaradılan 15 regional mədəniyyət və turizm idarəsi 2017-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq”.

APA-nın xəbərinə görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O, aparılan islahatlar nəticəsində mədəniyyət və turizm sahəsində idarəçiliyin təkmilləşdirilməsi ilə yanaşı, həm də dövlət vəsaitinə qənaət edilməsi baxımından uğurlu nəticələr gözlədiklərini bildirib: “Artıq bu sahədə işlər yekunlaşıb. Gələn ilin əvvəlindən regional idarələr fəaliyyətə başlayacaq. Onu da deyim ki, gələn ilin birinci yarısına qədər heç bir ixtisarın aparılması nəzərdə tutulmur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR