Azərbaycanda bir aqroparkın real ÜDM-ə təsiri ilə bağlı məbləğ açıqlanıb

Azərbaycanda bir aqroparkın real ÜDM-ə təsiri ilə bağlı məbləğ açıqlanıb
# 16 dekabr 2016 14:57 (UTC +04:00)

2017-ci ildə aqropark və biznes inkubatorları üçün idarəetmə strukturunun formalaşdırılması, 2018-ci ilin sonuna kimi yeni aqroparkın və biznes inkubatorunun yaradılması və fəaliyyətə başlaması üçün bütün zəruri tədbirlərin yekunlaşdırılması nəzərdə tutulur.

APA-Economics”in məlumatına görə, bu, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” öz əksini tapıb.

“2020-ci ilə kimi Azərbaycanda bir aqroparkın real ÜDM-ə birbaşa təsirinin 135 milyon manat, dolayı təsirinin isə 220 milyon manat olmaqla, ümumilikdə 355 milyon manat olacağı proqnozlaşdırılır. Aqroparkın 2018-ci ilə kimi fəaliyyətə başlaması əsas indikator hesab edilir. Bu müəssisələrdə 7725 nəfər üçün birbaşa və dolayı məşğulluq imkanının yaranacağı proqnozlaşdırılır. Eyni zamanda, 2020-ci ilə kimi hər region üzrə uyğun məhsulların dəyər zənciri üzrə ümumilikdə 25 kiçik və orta sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur”, - deyə sənəddə qeyd olunub.

Bu prioritetin həyata keçirilməsi üçün 350 milyon manat investisiya tələb olunacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR