Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 11-ci ildönümü qeyd edilib

Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 11-ci ildönümü qeyd edilib
# 17 dekabr 2016 08:55 (UTC +04:00)

Bu gün Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 11-cu ildönümü və 16 dekabr - Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı ilə əlaqədar tədbir keçirilib.


APA-nın məlumatına görə, tədbirdən öncə müdafiə sənayesi naziri Yavər Cpamalov və nazirliyin rəhbər işçiləri Fəxri xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib.

Tədbir Xəzərdə tikin düşən neftçilərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Müdafiə sənayesi naziri Yavər Camalov ötən müddətdə müdafiə sənayesi təyinatlı məhsulların istehsalı sahəsində görülən işlərdən və əldə edilən nəticələrdən danışıb. Eyni zamanda Müdafiə Sənayesi Nazirliyinin daim dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb: "Müdafiə sənayesi sahəsinin gələcək inkişafına təkan verən layihələrin qəbulu, işçilərin maddi rifahının yaxşılaşdırılması, habelə peşə bayramı ərəfəsində ölkə rəhbəri tərəfindən bir qrup əməkdaşa fəxri adların, yüksək dövlət təltiflərinin verilməsi hər bir müdafiə sənayesi işçisində dərin minnətdarlıq və sonsuz ehtiram hissləri doğurmaqla yanaşı, üzərinə əlavə məsuliyyət də qoyur. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı müvafiq sərəncamla təsis olunan 17 dekabr - Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü ərəfəsində hər il nazirliyin bir qrup əməkdaşı “Əməkdar mühəndis”, “Əməkdar dövlət qulluqçusu” fəxri adları, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilir. Bu il də prezidentin müvafiq sərəncamları ilə nazirliyin bir qrup əməkdaşı təltif olunanlar sırasındadır. Bütün bu qayğı və diqqətə görə ölkə rəhbəri İlham Əliyevə Müdafiə Sənayesi Nazirliyinin kollektivi adından dərin minnətdarlığımızı bildiririk".

Daha sonra nazirliyin nəzdində fəaliyyət göstərən zavod və müəssisələrin rəhbərləri çıxış ediblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR