Nazir müavini: "İxracpotensiallı 110 sahibkardan altısının imkanları 50%-dən yüksəkdir"

Nazir müavini: "İxracpotensiallı 110 sahibkardan altısının imkanları 50%-dən yüksəkdir"
# 20 dekabr 2016 08:08 (UTC +04:00)

Azərbaycanda kənd təsərrüfatı sahəsində ixracpotensiallı 110 sahibkar fəaliyyət göstərir. "APA-Economics" xəbər verir ki, bunu bu gün ADA Universitetində "azexport.az" portalının təqdimatı zamanı kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

"Amma çox təəssüf ki, bu 110 sahibkardan təxminən 6-nın ixrac imkanları 50%-dən yüksəkdir. Təxminən 25 sahibkarın ixrac imkanları 90% təşkil edir. Səbəbləri araşdıranda gördük ki, bu, informativ mühitin qənaətbəxş səviyyədə olmaması ilə bağlıdır. "azexport.az" portalı bu problemlərin aradan qaldırılmasında çox ciddi vasitə olacaq. Sahibkarlar tərəfindən Azərbaycanda ixrac sahəsində tədarük, logistika imkanlarının aşağı olması və istehsal xərclərinin daha yüksək olması əsas problem kimi vurğulanır. Mən hesab edirəm ki, bu portalın texniki imkanları müvafiq logistika infrastrukturunun formalaşmasına, dünyada baş verən proseslərin çevik çatdırılmasına və buna daha tez reaksiya verməyə imkan yaradacaq", - deyə nazir müavini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR