MTRŞ: İTV ilə barışıq əldə oluna bilər

MTRŞ: İTV ilə barışıq əldə oluna bilər
# 21 dekabr 2016 09:51 (UTC +04:00)

Yayımı İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) tərəfindən yarımçıq dayandırılan "Qarabağnamə" çoxseriyalı bədii televiziya filmi tamamlanaraq İTV-nin efirində yayımlanır. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

O qeyd edib ki, hazırda İTV-də yayımlanan "Qarabağnamə" çoxseriyalı bədii televiziya filmi təqdim olunmuş sinopsisə uyğundur: "Bu səbəbdən də İTV ilə barışıq əldə oluna bilər".

Qeyd edək ki, 2017-ci il fevralın 9-da Ali Məhkəmədə hakim Azər Hüseynovun sədrliyi ilə İTV-nin MTRŞ-ya qarşı kassasiya şikayətinə baxılacaq.

Xatırladaq ki, MTRŞ İTV-də yayımlanan “Qarabağnamə” çoxseriyalı bədii televiziya filmini yarımçıq dayandırdığı üçün telekanala ayrılan vəsaitin geri qaytarılması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi MTRŞ-nın iddiasını təmin edib. Həmin qərarla razılaşmayan İTV Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi İTV-nin MTRŞ-ya qarşı şikayətini təmin etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR