Əməkdar artist Mehriban Zəkinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Əməkdar artist Mehriban Zəkinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
# 21 dekabr 2016 18:13 (UTC +04:00)

Beynəlxalq Muğam Mərkəzində əməkdar artist Mehriban Zəkinin yaradıcılığına həsr olunmuş "Nəyə görə yaşamağa dəyər" adlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və ədəbiyyat xadimləri, media nümayəndələri Mehriban Zəkinin sənət dostları iştirak edib.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Mehriban Zəkiyə ünvanlanan təbrik məktubu oxunub. Mehriban Zəki sənət haqqında düşüncələrini, xatirələrini tamaşaçılarla bölüşüb, teatr tamaşalarından olan bir neçə parçanı xalq artistləri Fuad Poladov, Şükufə Yusupova, Fəxrəddin Manafovun iştirakı ilə ifa edib. Eyni zamanda adı çəkilən xalq artistləri Mehriban Zəkinin yaradıcılığı haqqında fikirlərini bölüşüb, onu istedadlı aktrisa, fədakar sənətkar kimi dəyərləndiriblər.

Yaradıcılıq gecəsində Mehriban Zəki əməkdar artist Sevda Ələkbərzadə, xalq artisti Salman Qənbərovun iştirakı ilə müxtəlif musiqi nömrələri təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR