Somalidə terrorçular mikroavtobusu atəşə tutub, ölən və yaralananlar var

Somalidə terrorçular mikroavtobusu atəşə tutub, ölən və yaralananlar var
# 23 dekabr 2016 19:09 (UTC +04:00)

Somalinin cənubunda “Əş-Şəbab” terror qruplaşmasının silahlıları sərnişin mikroavtobusunu atəşə tutublar.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində ikisi hərbçi olmaqla 7 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Silahlılar hadisə yerindən qaçıblar.

Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” qruplaşması Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin mərkəzi hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR