Azərbaycandakı 700 məsciddə dini icmalar qeydiyyata alınmayıb

Azərbaycandakı 700 məsciddə dini icmalar qeydiyyata alınmayıb
# 27 dekabr 2016 10:07 (UTC +04:00)

“Azərbaycanda 721 məsciddə dini icmalar qeydiyyatdan keçib”.

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. O bildirib ki, bununla yanaşı, 700 məsciddə dini icmalar qeydiyyata alınmayıb: “Bunlarda dini icma fəaliyyət göstərmir. Biz çalışırıq, həmin məscidlərdə də icmalar olsun. Çünki dini icma olanda idarəetmə asanlaşır. Amma bəzi məscidlər də var ki, yerli səbəbləri nəzərə alaraq, orada dini icma olmadan axund və ya imam təyinatına razılıq vermişik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR