Komitə: Vaxtı ilə Azərbaycanda “Risaleyi-Nur” ədəbiyyatı geniş yayılmışdı

Komitə: Vaxtı ilə Azərbaycanda “Risaleyi-Nur” ədəbiyyatı geniş yayılmışdı
# 27 dekabr 2016 11:47 (UTC +04:00)

“Vaxtı ilə Azərbaycanda əsasən klassik nurçular və onların “Risaleyi-Nur” ədəbiyyat külliyyatı geniş yayılmışdı”.

APA-nın məlumatına görə, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ilin yekunları ilə bağlı mətbuat konfransında bildirib ki, radikalizmi təbliğ etməməsinə baxmayaraq, 2009-cu ildən bu ədəbiyyat külliyyatının ölkədə nəşri və yayılması məqsədə uyğun hesab olunmayıb. Onun sözlərinə görə, bu külliyyat təriqətçiliyi yayır: “Həmin ildən bu ədəbiyyatların kütləvi ölkəyə daxil olması da qadağandır. Lakin bu il şəxsin özü ilə oxumaq üçün gətirdiyi, yaymadığı ədəbiyyatın ölkəyə buraxılmasına icazə verilib”.

Sədr müavini əlavə edib ki, həmin qrup klassik “nurçu”lar (singu) və Fətullah Gülənçilərdən (FETÖ-çülər) ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR