Bu il 55 adda radikal dini ədəbiyyatın Azərbaycana gətirilməsinə cəhd edilib

Bu il 55 adda radikal dini ədəbiyyatın Azərbaycana gətirilməsinə cəhd edilib
# 27 dekabr 2016 11:49 (UTC +04:00)

Azərbaycanda bu il dini radikallığı təbliğ edən 55 adda ədəbiyyatın ölkəyə idxalına cəhd olub.

APA-nın məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ilin sonu ilə bağlı yaydığı hesabatda bildirilir.

İl ərzində Komitədə 1451 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 55 adda kitabın ölkəyə idxalına razılıq verilməyib. Ölkədə çap olunmaq məqsədilə 240 adda dini ədəbiyyat ekspertizadan keçirilib, onlardan 3-də dini dözümsüzlüyü təbliğ edən fikirlər aşkarlandığından çapı məqsədəuyğun sayılmayıb. Qeyd olunub ki, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının nəzarət markası ilə markalanması işinin təşkili istiqamətində işlər davam etdirilib. Belə ki, 379 adda dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. Hüquq-mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 689 adda dini ədəbiyyata baxılaraq, onlardan 330 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR