“Müasir Azərbaycan hekayəsi antologiyası” Misirdə nəşr olunub

“Müasir Azərbaycan hekayəsi antologiyası” Misirdə nəşr olunub
# 27 dekabr 2016 13:08 (UTC +04:00)

Azərbaycan Tərcümə Mərkəzinin “Müasir Azərbaycan hekayəsi antologiyası” Misirdə işıq üzü görüb. Qurumdan APA-ya verilən məlumata görə, kitab Misir Milli Tərcümə Mərkəzi ilə Tərcümə Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gətirilib.

Azərbaycan ədəbiyyatını ərəb dünyasına ilk dəfə təqdim edən irihəcmli topluda XX əsrdə yazıb-yaratmış yazıçıların hekayələri yer alır.

Əsərləri ərəb dilinə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Əhməd Sami Elaydi tərcümə edib.

Antologiyanın təqdimatının yaxın vaxtlarda Misirin paytaxtı Qahirədə keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR