Dünyanın ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb

Dünyanın ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb
# 29 dekabr 2016 12:57 (UTC +04:00)

Dünya məşqçilərinin reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2016-cı ilin son cədvəlində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da yer alıb.

44 yaşlı mütəxəssisin hesabında 1361 xal var. Qurbanov planetin 458-ci məşqçisidi.

“Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçukun da adi siyahıda yer alıb. 852 xala malik 51 yaşlı mütəxəssis dünyanın 642-cisidi.

Qeyd edək ki, reytinq siyahısına Luis Enrike başçılıq edir. “Barselona”nın baş məşqçisinin hesabında 16423 xal var. “Real”ıl çalışdıran Zinəddin Zidan 16079 xalla 2-cidi. Digər İspaniya klubu “Atletiko”ya rəhbərlik edən Dieqo Simeone 13560 xala malikdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR