Ukraynada Azərbaycanlıların Koordinasiya Mərkəzi yaradılıb

Ukraynada Azərbaycanlıların Koordinasiya Mərkəzi yaradılıb
# 31 dekabr 2016 02:32 (UTC +04:00)

Dekabrın 29-da Ukraynanın Dnepr şəhərində “Azərbaycanlıların Dnepropetrovşinada ictimai birliyi” adlı Koordinasiya Mərkəzi yaradılıb.

APA-nın məlumatına görə, Mərkəzin yaradılmasında “Dnepropetrovsk Azərbaycanlıları Liqası” fəal iştirak edib. Koordinasiya mərkəzi Dnepropetrovsk vilayətinin ictimai, siyasi və iqtisadi həyatında fəal iştirak edərək Azərbaycan diasporunun inkişafına əlavə dəstək verəcək.

Yeni təşkilatın rəhbəri vəzifəsinə Dnepr şəhər sakini, tanınmış iş adamı, mesenat Firuz İbrahimov seçilib. “Koordinasiya mərkəzi məsələlərin birgə, kollektiv surətdə həlli üçün vacibdir. Firuz İbrahimov Dnepropetrovsk vilayətində yaşayan azərbaycanlılar arasında lider kimi tanınır. Təəccüblü deyil ki, o, bu vəzifəyə yekdilliklə seçildi”, deyə təşkilatın nümayəndəsi Eldar Tağıyev bildirib.

Qeyd olunub ki, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Mərkəzin yaradılmasına xüsusi dəstək göstərib.

Mərkəzin açılış mərasimində Dnepr şəhərinin sabiq meri, hazırda millət vəkili olan Maksim Kuryaçiy, Dnepropetrovsk vilayət sovetinin deputatı İsgəndər İsgəndərov, digər rəsmi şəxslər və iş adamları iştirak edib.

Mərkəzin təntənəli açılış mərasimi bayram konserti ilə davam edib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR