“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək

“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
# 02 yanvar 2017 08:07 (UTC +04:00)

Yanvarın 11-12-də Sankt-Peterburq Dövlət Akademik Mariin Teatrında SSRİ xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək.

APA-nın teatrın saytına istinadən verdiyi məlumata görə, yanvarın 11-də baş tutacaq nümayişdə Fərhad rolunda həmyerlimiz Timur Əsgərov çıxış edəcək.

12 yanvar tarixində repertuara daxil edilən səhnə əsərində isə Fərhad rolunu Andrey Yermakov, Şirin rolunu Yelena Yevseyeva ifa edəcək.

Tamaşanın dirijoru Boris Qruzindir.

Qeyd edək ki, Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında bəstələdiyi baletin premyerası 1961-ci martın 23-də Sankt-Peterburq Dövlət Akademik Mariin Teatrında keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR