“Neftçi” ukraynalı futbolçu ilə müqavilə bağlayır

“Neftçi” ukraynalı futbolçu ilə müqavilə bağlayır
# 05 yanvar 2017 09:05 (UTC +04:00)

Qış fasiləsinin ən fəal komandası olan “Neftçi” növbəti transferini həyata keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Donetsk “Olimpik”inin müdafiəçisi Kirill Petrovla anlaşıb.

26 yaşlı oyunçu “Neftçi”yə havayı başa gəlib. Çünki Ukraynanın gənclər millisinin sabiq kapitanı “Olimpik”lə yollarını ayırıb. Belə ki, Donetsk təmsilçisi bu gün rəsmi saytı vasitəsilə qarşılıqlı razılıq əsasında Petrovun müqaviləsinə xitam verildiyini bəyan edib.

Kiyev “Dinamo”sunun yetirməsi artıq bu gün “Neftçi”nin düşərgəsinə qatılacaq. Belə ki, Antalyaya yollanacaq oyunçunun axşam saatlarında rəsmi müqaviləyə qol çəkib, məşqlərə qoşulması gözlənilir. Tərəflər arasında il yarımlıq müqavilənin imzalanması razılaşdırılıb.

Kirill Petrov “Neftçi”nin Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext və İqnasio Erreradan sonra 5-ci transferi olub.

Qeyd edək ki, Ukraynanın U-19 və U-21 yığmalarında çıxış etmiş Kirill Petrov yerli “Dinamo”, “Krivbass”, “Hoverla”, “Arsenal”, “Olimpik”lə yanaşı, Polşanın “Korona” və Qazaxıstanın “Ordabası” klublarının formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR