Qazaxıstan səfirliyinin baş mühasibi səfirliyin 680 min dollarını mənimsəyib

Qazaxıstan səfirliyinin baş mühasibi səfirliyin 680 min dollarını mənimsəyib
# 05 yanvar 2017 10:28 (UTC +04:00)

Qazaxıstanın Belarusdakı səfirliyinin baş mühasibi 680 min dollardan çox pulu mənimsədiyinə görə saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstanın korrupsiyaya qarşı mübarizə üzrə milli bürosunun saytında yer alan məlumatda deyilir.

Bildirilir ki, 2012-2015-ci illər ərzində Seydualıyev adlı şəxs səfirliyinin binasının tikintisini həyata keçirən şirkət üçün saxta sənədlər tərtib edərək büdcədən 207 min dollar, həmçinin Belarusun vergi orqanlarından ƏDV-nin qaytarılmasından əldə olunan 474 min dollar vəsaiti oğurlayıb.

Hazırda şübhəli şəxs Astanada müvəqqəti təcridxanada saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR