Opera və Balet Teatrında “Traviata” operası nümayiş olunacaq

Opera və Balet Teatrında “Traviata” operası nümayiş olunacaq
# 05 yanvar 2017 13:33 (UTC +04:00)

Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın bədii səviyyəsinin daha da yüksəltmək məqsədilə teatrın rəhbərliyi əsas rolları ifa etmək üçün Ukrayna Milli operasının solistləri - Ukrayanın xalq artisti Olqa Naqornayanı (Violetta) və Ukraynanın əməkdar artisti Dmitri Kuzmini (Alfred) dəvət edilib.

Tamaşada Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri - xalq artisti Əli Əsgərov (Markiz), əməkdar artistlər Cahangir Qurbanov (Jermon) və Əkrəm Poladov (Doktor), gənc vokalçı Nina Makarova (Flora) çıxış edəcəklər.

Dirijor beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR