Ukraynada 6 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ukraynada 6 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 06 yanvar 2017 10:57 (UTC +04:00)

Ukraynanın Xarkov vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Ölənlərdən ikisi azyaşlıdır.

Hadisə nəticəsində xəsarət alan şəxs isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qəzaya səbəb “Volvo-570” markalı avtomobilin idarəetməni itirərək xəndəyə düşməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR