Brent markalı neft həftə ərzində 1% bahalaşıb

Brent markalı neft həftə ərzində 1% bahalaşıb
# 06 yanvar 2017 12:32 (UTC +04:00)

Neftin bahalaşması davam edir. "APA-Economics" xəbər verir ki, beləliklə, neftin qiyməti ardıcıl dörd həftədir artım nümayiş etdirir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar və ya 0,86% artaraq 54,22 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,5 dollar və ya 0,88% artaraq 57,39 dollar olub.

Həftə ərzində WTI markalı neft 0,9%, Brent markalı neft isə 1% bahalaşıb.

Açıqlanan statistikaya əsasən, ötən həftə ərzində ABŞ-ın neft ehtiyatları 7,05 mln. barrel azalıb. Ekspertlər isə ehtiyatların 2 mln. barrel azalacağını proqnozlaşdırıb.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı OPEC ölkələri arasında əldə olunan razılaşmaya uyğun olaraq sutkalıq hasilatı 486 min barrel azaldıb. Bununla da Səudiyyə Ərəbistanı sutkalıq hasilatını 10,058 mln. barrelə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR