Bolqarıstanda güclü qar fırtınası nəticəsində 2 nəfər ölüb

Bolqarıstanda güclü qar fırtınası nəticəsində 2 nəfər ölüb
# 06 yanvar 2017 18:37 (UTC +04:00)

Bolqarıstanda güclü qar fırtınası nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 400 yaşayış məntəqəsi elektrik enerjisi təchizatından məhrum olub.

Ölkənin şimal-şərq bölgəsində nəqliyyatın hərəkəti iflic olub. Qatarlar böyük fasilələrlə işləyir.

Sinoptiklər qeyr-sabit qarlı havanın yanvarın 8-dək davam edəcəyini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR