ABŞ-da aeroportda silahlı insident nəticəsində 5 nəfər ölüb, 45 nəfər yaralanıb - YENİLƏNİB-2

ABŞ-da aeroportda silahlı insident nəticəsində 5 nəfər ölüb, 45 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB-2
# 07 yanvar 2017 04:11 (UTC +04:00)

ABŞ-ın Fort-Loderdeyl şəhərində baş verən silahlı insident nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə yerli polisin “Tvitter”də yerləşdirdiyi məlumatda bildirilir.

“Hadisə zamanı 5 nəfər ölüb, 8 nəfər güllə yarası alıb. İnsident baş verdikdən sonra isə daha 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb”, məlumatda deyilir. Qısa müddətdə hava limanında təlaş yaranıb. İnsanlar qaçaraq aeroportu tərk etməyə cəhd ediblər. Xəsarət alanların əksəriyyəti yaranan izdihamda yaralanıb.

Bundan əvvəl 5 nəfərin öldüyü, 13 nəfərin yaralandığı bildirilirdi. Hava limanında insanlara atəş açan 26 yaşlı Alyaska ştatının sakini Esteban Santyaqo saxlanılıb.

***

00:41

ABŞ-ın Fort-Loderdeyl şəhərində baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fort-Loderdeyl şəhərinin meri Barbara Şerif bəyan edib.

“Hadisə nəticəsində 5 nəfər ölüb, 13 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Cinayəti törədən şəxs saxlanılıb”, deyə B.Şerif bildirib.

Qeyd edək ki, ABŞ-ın Fort-Loderdeyl şəhərində (Florida ştatı) naməlum şəxs hava limanında atəş açıb. İlkin məlumata əsasən, cinayəti Alyaska ştatının sakini törədib.

***

23:30

Polis Florida ştatında silahlı insident nəticəsində 5 nəfərin öldüyünü təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə CNBC telekanalı məlumat verib.

Fort-Loderdeyl şəhərinin hava limanında baş verən insident zamanı 8 nəfərin yaralandığı bildirilir.

Atəşi açan şəxsin saxlanıldığı, hava limanında vəziyyətin nəzarət altında olduğu bildirilir.

***

22:28

ABŞ-ın Fort-Loderdeyl şəhərində (Florida ştatı) silahlı insident baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxsin hava limanında açdığı atəş nəticəsində azı 5 nəfər ölüb.

NBC telekanalının məlumatına görə, insident zamanı 9 nəfər yaralanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun adı və motivləri hələ ki, açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR