Türkiyədə İŞİD sıralarına qatılmağa cəhd edən dörd çeçen həbs edilib

Türkiyədə İŞİD sıralarına qatılmağa cəhd edən dörd çeçen həbs edilib
# 07 yanvar 2017 17:06 (UTC +04:00)

Türkiyənin Suriya ilə həmsərhəd Mersin əyalətinin Tartus şəhərində İŞİD sıralarına qatılmağa cəhd edən dörd çeçen həbs edilib.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, saxlanılan şəxslər Hatay əyalətində Türkiyə-Suriya sərhədini keçərək terror qruplaşmasına qatılmağı planlaşdırıblar. Onların üzərində saxta suriyalı qaçqınlara verilən şəxsiyyət vəsiqələri götürülüb.

Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR