Çin Afrika ölkələrini yeni İpək Yolunun yaradılmasında iştirak etməyə dəvət edib

Çin Afrika ölkələrini yeni İpək Yolunun yaradılmasında iştirak etməyə dəvət edib
# 08 yanvar 2017 04:55 (UTC +04:00)

Çin XİN rəhbəri Van İ Madaqaskara səfəri zamanı Afrika ölkələrini “Bir kəmər – yol” iqtisadi inkişaf strategiyasının reallaşdırılmasında iştirak etməyə dəvət edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Van İ 7-12 yanvar tarixlərində Madaqaskar, Zambiya, Tanzaniya, Konqo və Nigeriyaya turne həyata keçirir.

Nazirin sözlərinə görə, Afrika ölkələri tarixən İpək Yolu iqtisadi kəmərin tərkib hissəsi olublar.

Çin XİN rəhbəri qeyd edib ki, rəsmi Pekin məsələ ilə əlaqədar bir çox Afrika ölkələri ilə məsləhətləşmələr apararaq, irəliləyişə nail olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR