Netenyahu: Qüdsdə yük maşınını hərbçilərin üzərinə sürən şəxs İŞİD tərəfdarıdır

Netenyahu: Qüdsdə yük maşınını hərbçilərin üzərinə sürən şəxs İŞİD tərəfdarıdır
# 08 yanvar 2017 16:43 (UTC +04:00)

İsrailin baş naziri Binyamin Netenyahu bütün məlumatların bu gün Qüdsdə hərbiçilərin üzərinə yük maşını sürən sürücünün İŞİD terror təşkilatının tərəfdarı olduğunu göstərdiyini bildirib.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, B. Netenyahu deyib ki, hücum edənin şəxsiyyəti məlumdur, bütün əlamətlər onun İŞİD tərəfdarı olduğunu göstərir.

Baş nazir polisin Qüdsdə şübhəli şəxsin yaşadığı Cabel-Mukaber məhəlləsini əhatəyə aldığını bildirsə də, əməliyyatın detalları barədə məlumat verməyib.

Qeyd edək ki, bu gün Qüdsdə naməlum şəxs yük maşınını İsrail hərbçilərinin üzərinə sürüb. Hadisə turistlər arasında məşhur olan Armon xa-Natsiv meydanı yaxınlığında baş verib. Nəticədə 4 nəfər ölüb, 15 nəfər yaralanıb. Yük maşınının sürücüsü öldürülüb. İsrail hakimiyyəti baş verən olayı terror aktı kimi dəyərləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR