İran səfirliyində xatirə kitabı açılacaq

İran səfirliyində xatirə kitabı açılacaq
# 09 yanvar 2017 07:58 (UTC +04:00)

İranın sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncaninin ölümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.

Səfirlikdən APA-ya verilən məlumata görə, kitab yanvarın 10-da və 11-də saat 10:00-dan 12:00-a və 15:00-dan 17-yə qədər açıq olacaq.

Keçmiş prezidentin ölümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyi və Baş Konsulluğunun binasında bayraqlar endirilib.

Xatırladaq ki, Əli Əkbər Haşimi Rəfsəncani yanvarın 8-də 82 yaşında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR