Allahşükür Paşazadə Ayətullah Haşimi Rəfsəncaninin vəfatı ilə bağlı başsağlığı verib

Allahşükür Paşazadə Ayətullah Haşimi Rəfsəncaninin vəfatı ilə bağlı başsağlığı verib
# 09 yanvar 2017 13:46 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının sabiq prezidenti, Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfat etməsi ilə əlaqədar bu ölkənin Ali Dini rəhbəri Ayətullah-üzma Seyid Əli Xamneyiyə başsağlığı məktubu ünvanlayıb. QMİ-dən APA-ya verilən məlumata görə, məktubda Şeyxülislamın Ayətullah Haşimi Rəfsəncaninin vəfatı haqqında xəbərdən sarsıldığı qeyd olunub. QMİ sədri Azərbaycan müsəlmanları və öz adından mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına dərin hüznlə başsağlığı verib:

“Ayətullah-üzma Xomeyninin dəyərli ardıcıllarından olan Ayətullah Haşimi Rəfsəncani öz adını İran İslam Respublikasının şanlı tarixinə həkk etdirməyə qadir olmuş dəyərli şəxsiyyətlərdən idi. Üzun illər ərzində fəaliyyəti agayi Rəfsəncanini müdrik dövlət və din xadimi kimi səciyyələndirir. Bu müdrik şəxsiyyətin İran və Azərbaycan xalqları və dövlətləri arasında əlaqələrin yuksək səviyyəsi üçün səy və əməlləri heç bir vaxt xatirimizdən silinməz. Azərbaycan müsəlmanları bu ağır itkinin kədərini Sizlərlə bölüşürlər, məscidlərdə Quran oxunur, mərhumun ruhuna dualar edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR