Fransanın ən yaxşı baş məşqçisi seçilib

Fransanın ən yaxşı baş məşqçisi seçilib
# 09 yanvar 2017 17:56 (UTC +04:00)

“France Football” nəşri 2016-cı ilin ən yaxşı fransız baş məşqçisinin adını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, qəzetin versiyasına əsasən, ötən il Fransanın ən yaxşı məşqçisi “Real”ın çalışdırıcısı Zinəddin Zidan seçilib.

“Zizu” ötən il “Real”la Çempionlar Liqasını, Avropa Super Kubokunu və Klublararası dünya çempionluğunu qazanıb.

Qeyd edək ki, “kral klubu” 44 yaşlı mütəxəssisin rəhbərliyi altında cari mövsümdə keçirdiyi oyunlarda məğlubiyyət üzü görməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR