Trampın kürəkəni onun administrasiyasında məsləhətçi vəzifəsini tutacaq

Trampın kürəkəni onun administrasiyasında məsləhətçi vəzifəsini tutacaq
# 09 yanvar 2017 19:22 (UTC +04:00)

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın kürəkəni Cared Kuşner yeni Vaşinqton administrasiyasında böyük məsləhətçi vəzifəsini tutacaq.

APA-nın xəbərinə görə, bu barədə CNBC telekanalı məlumat verib.

Trampın özü bununla bağlı jurnalistlərin sualını cavablandırmayıb, yanvarın 11-də keçiriləcək mətbuat konfransını gözləməyi təklif edib.

Qeyd edək ki, sahibkar və milyonçu Cared Kuşner Trampın qızı İvankanın həyat yoldaşıdır. Yanvarın 10-da onun 36 yaşı tamam olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR