ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb

ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb
# 10 yanvar 2017 01:19 (UTC +04:00)

ABŞ senatorları Rusiya barəsində hərtərəfli sanksiyalar paketi hazırlayıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Senatının respublikaçı senatoru Con Makkeyn, demokrat senatorlar Ben Kardin və Robert Menendes seçki prosesinə qarışmasına görə Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazır olduğunu bəyan ediblər. Ehtimala görə, hədəfdə Rusiyanın maliyyə, hərbi sənaye və enerji sektoru olacaq.

Bundan əvvəl ABŞ Milli Kəşfiyyatı Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə dair məruzənin qeyri-məxfi hissəsini yayıb. Məlumata əsasən, adıçəkilən məruzə Donald Trampı inandırıb ki, Rusiya hakerləri həqiqətən kiberhücumlar həyata keçirərək seçki prosesinə müdaxilə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR