Dağıstanda yol qəzasında beş nəfər ölüb

Dağıstanda yol qəzasında beş nəfər ölüb
# 10 yanvar 2017 07:15 (UTC +04:00)

Dağıstanda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın “kavkazskiy uzel” portalına istinadən verdiyi xəbərə görə, hadisə Dərbənd rayonunda qeydə alınıb.

Bu gün səhər saatlarında "VAZ-2110" və "VAZ-2114" avtomobillərin toqquşması nəticəsində 2-i uşaq olmaqla, 5 nəfər ölüb.

İlkin versiyaya görə, avtomobillərdən biri yolun qarşı tərəfinə çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR