Kabildə törədilən terror aktlarında azı 21 nəfər ölüb

Kabildə törədilən terror aktlarında azı 21 nəfər ölüb
# 10 yanvar 2017 14:35 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabildə, parlament binası yaxınlığında iki partlayış baş verib.

APA-nın “Al-Jazeera”yə istinadən verdiyi məlumata görə, ümumilikdə 70 nəfər ölüb və xəsarət alıb. BBC ölənlərin sayının 21 nəfər olduğunu bildirib.

İlk partlayışı terrorçu-kamikadze törədib. Bir müddət sonra içərisində bomba olan avtomobil partladılıb.

Əfqan rəsmilərinin qənaətinə görə, terror aktlarının arxasında Taliban qruplaşması dayanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR