Belçika AES-in reaktorunun işi qəza səbəbindən dayandırılıb, yaralanan var

Belçika AES-in reaktorunun işi qəza səbəbindən dayandırılıb, yaralanan var
# 11 yanvar 2017 01:14 (UTC +04:00)

Belçikada “Dul” AES-in reaktorlarından birinin işi stansiyanın qeyri-nüvə blokunda baş vermiş qəza səbəbindən dayandırılıb. İnsident nəticəsində stansiya işçilərindən biri ciddi xəsarətlər alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə AES-in operatoru olan “Engie-Electrabel” şirkətinin nümayəndəsi bildirib.

Məlumata görə, stansiyanın qeyri-nüvə blokunda güclü buxar sızması baş verib. İnsidentlə əlaqədar reaktorun işi avtomatik dayandırılıb.

Qəza nəticəsində subpodratçı şirkətin əməkdaşı ciddi yanıq xəsarətləri alıb.

Reaktorun fəaliyyətinin bu gün bərpa ediləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR