Obama ABŞ vətəndaşlarını demokratiyanı müdafiə etməyə çağırıb

Obama ABŞ vətəndaşlarını demokratiyanı müdafiə  etməyə çağırıb
# 11 yanvar 2017 07:58 (UTC +04:00)

ABŞ prezidenti Barak Obama vida çıxışında ölkə vətəndaşlarını demokratiyanı müdafiə etməyə çağırıb.

APA-nın “BBC”-ə istinadən verdiyi xəbərə görə, B. Obama irqçilik və iqtisadi qeyri-bərabərliyi ABŞ demokratiyasının əsas təhdidləri adlandırıb. O, 8 illik prezidentliyi dövründə ABŞ-ın yaşamaq üçün daha yaxşı ölkəyə çevrildiyini deyib.

“8 il əvvəl desəydim ki, iqtisadi böhranı arxada qoyacağıq, avtomobil sənayesini yenidən dirçəldəcəyik, ölkə tarixində ən çox iş yeri, kubalılarla münasibətlərdə yeni səhifə açacağıq, bir güllə atmadan İranın nüvə proqramını bağlayacağıq, 11 sentyabr terror aktına görə məsuliyyət daşıyan şəxsi məhv edəcəyik, həmcinslilərin nikahına nail olacağıq, gözləntilərimizin şişirdildiyini düşünərdiniz” - deyə, o əlavə edib.

B. Obama çıxışında həyat yoldaşı Mişel Obamaya xüsusi təşəkkür edib və göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, 55 yaşlı B. Obama 2008-ci ildə prezident seçilib. Yeni seçilmiş prezident Donald Tramp yanvarın 20-də and içərək səlahiyyətlərin icrasına başlayacaq. O, Obamanın bəzi islahatlarını ləğv edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR