Bu il fəsillərin Azərbaycana gəlmə vaxtı açıqlanıb

Bu il fəsillərin Azərbaycana gəlmə vaxtı açıqlanıb
# 11 yanvar 2017 08:13 (UTC +04:00)

Azərbaycanda 2017-cı il üçün ilin fəsillərinin gəlmə vaxtı açıqlanıb.

AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov APA-ya açıqlamasında bildirib ki, yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:28-də olacaq.

O qeyd edib ki, yay iyunun 21-i Bakı vaxtilə saat 08:24-də, payız sentyabrın 22-si Bakı vaxtı ilə saat 00:02-də, qış fəsli isə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də Azərbaycana gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR