Cənubi Amerikada istirahət etmiş Azərbaycan vətəndaşının ayağından həşərat çıxarılıb

Cənubi Amerikada istirahət etmiş Azərbaycan vətəndaşının ayağından həşərat çıxarılıb
# 11 yanvar 2017 15:02 (UTC +04:00)

Cənubi Amerikada istirahət etmi. Azərbaycan vətəndaşının ayağından sürfə çıxarılıb.

Respublika Müalicəvi Diaqnostika Mərkəzindən (RMDM) APA-ya verilən məlumata görə, iki ay əvvəl Cənubi Amerikada istirahət edən Azərbaycan vətəndaşının ayağını Amazon çayında kanoe qayığı sürərkən naməlum həşərat dişləyib. Daha sonra onun yara nahiyəsində qaşınma, qızartı və şişkinlik əmələ gəlib. Onun RMDM-ə müraciətindən sonra dərialtı toxumanın USM müayinəsi nəticəsində dəri altında zəif hərəkət edən sürfə aşkar edilib.

RMDM-in həkim-ümumi cərrahı İbrahim Əfəndiyev bildirib ki, həkim-mütəxəssislərin birgə səyi nəticəsində yerli anesteziya altında aparılan kəsikdən sürfə xaric edilib. Çıxardılmış sürfə parazitoloji müayinəyə göndərilib. İlkin olaraq sürfənin Dermatobia hominis parazitinə aid olduğu güman edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR